Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Peyğəmbərin məbəs konfransında iştirak etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Peyğəmbərin məbəs konfransında iştirak etdi.



2/3/2022


Hörmətli Şeyx Əli Nəcəfi: Ərəblər məbəsdən öncə özləri-özləri ilə müharibə edən ümmət idi, və özləri-özlərini öldürürdülər, və zülmət və cəhalət dənizində batırdılar. Şeyx Nəcəfi: Peyğəmbər (s.ə.v.s ) yalnız 23 il ərzində bu ümməti bir haldan başqa hala dəyişdi Çünki Peyğəmbər (s.ə.v.s )-in əməli sözü ilə təqdim etdi. Şeyx Nəcəfi: Həqiqətən insaniyyətin bu gün qarşılaşdığı bütün döyüşlər, müşküllər və çətinliklər Allahu Təaladan uzaqlaşdıqlarına görədir. Hörmətli Ayətullah əl-üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəf əşrəfdə təşkil olunmuş Peyğəmbərin şərafətli məbəs konfransına qatıldı, Hörmətli Şeyx öz çıxışını hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) bu ətirli il dönümü münasibətilə möminlərə salam və duaları ilə başladı. Hörmətli Şeyx bəyan etdiki həqiqətən Mərcəi təqlid (kölgəsi davamlı olsun ) qeyd edir: Mən möminlər üçün olan İlahi əmrləri (göstərişləri ) zəkat, namaz, oruc və əmr be məruf və nəhy ən munkər kimi və başqalarını araşdırdım onların içində yalnız Muhəmməd və Ali Muhəmmədə salavat göndərməkdən başqa bir iş tapa bilmədim ki, Allahu Təala bizimlə o işdə bölüşsün və ya yarışsın. Şeyx Nəcəfi öz çıxışında qeyd etdi ki, həqiqətən ərəblər islam dini gəlməmişdən öncə zəlalət və zülmətdə olan bir ümmət idi və özləri-özləri ilə müharibə edirdilər və bir-birlərini öldürürdülər, və cəhalət və zülmət dənizində batırdılar, hörmətli Şeyx həqiqətən qadınların, uşaqların və ictimaiyyətdə kasıb və qul təbəqələrnin çox zəif hələqədə olduqlarını bəyan etdi. Hörmətli Şeyx işarə edərək bildirdi ki, həqiqətən vəhy elm nuru və elmə, düşüncəyə, ibadətə və gözəl sifətlərə və bəyənilmiş əxlaq vasitələri ilə təqvaya yüksəlməyə dəvət etməklə başladı, nəfs və ictimaiyyətə olan bütün küfrün və şirkin məzhərini xatırlatdı. Hörmətli Şeyx bəyan etdi ki, həqiqətən bu gün müxtəlif şəhərlərdə yaşayan insaniyyətin üzləşdiyi bəlalar, müşküllər və döyüşlər Allah təaladan uzaq və Onun əmr və nəhyləri ilə müxalifət etdikləri üçündür. Hörmətli Şeyx əlavə etdiki, həqiqətən din rəhmət, kəramət, təqva və gözəl əxlaqdan ibarətdir, və işarə etdi ki həqiqətən biz rəhmət olunmuş ümmətik Çünki biz Peyğəmbər (s.ə.v.s ) tanıyan və Əhli-Beytindən (ə.s ) yapışırıq, bizə bu böyük nemətə görə Allahu təalaya ibadət və əxlaqa mültəzim olmaqla şükür etmək vacibdir və ikincisi isə onu öz şəxsiyyət və əxlaqımızda vücuda gətirərək özümüz və ictimaiyyətdə başqaları ilə əməl etməyimiz lazımdır, təkidlə qeyd edərək bildirdi həqiqətən Nəcəf Əşrəf övladlarının üzərinə çox böyük məsuliyyət düşür çünki bütün dünya sizlərə paytaxt gözü ilə baxır.
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla