Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistan alimlərindən ibarət nümayəndə heyətini və Şiə məktəbləri federasiyasının katibini qəbul edir və praktiki hesabatın vacibliyini vurğulayır.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistan alimlərindən ibarət nümayəndə heyətini və Şiə məktəbləri federasiyasının katibini qəbul edir və praktiki hesabatın vacibliyini vurğulayır.



30/6/2022


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Nəcəf Əşrəf şəhərində ki, müqəddəs ofisində Şiə Məktəbləri Federasiyasının baş katibi və Pəncabdakı Birləşmiş Alimlər Şurasının üzvü Əllamə Əfzəl Heydari də daxil olmaqla, Pakistandakı dini məktəblərin və seminariyalarının və onun müqəddəs Qumdakı filiallarının bir sıra alimlərini qəbul edib. Pakistanda İmam Mehdi Məktəbinin ustadlarını, o cümlədən məktəblər üçün Baş Nəzarətçi: Murid Hüseyn Əl-Nəqvi, İran İslam Respublikasının Qum Əl-Müqəddəs şəhərindəki Əl-İmam Əl-Müntəzər məktəbinin direktoru, Cənab Muhəmməd Həsən Əl-Nəqvi, Əl-Mufid Universitetinin Məktəbinin direktoru Şeyx İcaz Hüseyn Əl-Şəkri və Əl-Kövsər Universitetinin professoru Şeyx Zəfər Abbas Şahani.  Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əməli təbliğat şifahi təbliğdən daha vacib olduğunu və əməli təbliğat şifahi təbliğdən üstün olmasının vacibliyinə diqqət çəkdi. Bildirdiki həqiqətən Peyğəmbər Əzəm (s.ə.v.s ) qırx il əməli təbliğat və iyirmi üç il isə həm əməli həmdə şəfəvi təbliğat etdi və beləliklə həqiqətən əməli təbliğatı altmış üç il etdi və bununlada bu günki bütün dövlətlərdən, (La ilahə illəllah Muhəmmədən rasulullah ) səsinin əks-səda doğurduğuna şahidlik edirik. Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əlavə edərək qeyd etdi ki, həqiqətən alimlərin vəzifələrindən biri gözəl tələbələr yetişdirib Əhli-Beyt (ə.s )-ın elmini bütün dünyada yaymaqdır, və hamı üçün tofiq və uğur dilədi. Digər tərəfdən də, ziyarətə gələn alimlər hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) xidmətində təhsil və təbliğat sahəsindəki səylərini təsvir etdilər.
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla