Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) Aşura briqadalarının komandirini və onu müşayiət edən mücahid heyətini qəbul edir 5/3/2023 |
Şəriət hökmlərində səhlənkarlıq
bəlaların davam etməsinə səbəb olacaq... Hörmətli mərcəi təqlid
Nəcəfi (kölgəsi davamlı olsun) nəsihət və göstərişləri dinləmək üçün Səkkizinci
Briqadanın (Sərəya Aşura) komandiri cənab Kazım Əl-Cəbrini və onu müşayiət edən
döyüşçülərdən ibarət nümayəndə heyətini qəbul etmişdir. Hörmətli şeyx
çıxışında şəriət hökmlərinə laqeyd qalmamağın vacibliyini, ona əməl edilməməsinin
müsibətlərin davam etməsinə səbəb olacağını vurğuladı. İlahi təkliflər möminlərin
üzərində bir vəzifə olduğunu və onların yerinə yetirilməsinin vacibliyinə diqqət
çəkdi. Onların dini məsələlərdə laqeyidsizliyi insan və cəmiyyət üçün ilahi cəzalara
səbəb olur. Hörmətli mərcəi təqlid
qeyd etmişdir ki, Allah-təala qulunu və onun məqamını itaət dərəcəsi və ölçüsü
miqdarında yüksəldir. O (kölgəsi davamlı
olsun), sözünə davam edərək, İraqı və müqəddəs ziyarətgahları müdafiə etmək
ilahi bir tapşırıq (təklif) olduğunu vurğulayaraq, bunun iraqlılar və möminlərin
qanuni vəzifələri yerinə yetirmələrinin məqbul olmasını uca Allahdan diləyirik,
və cihad əməliyyatlarında iştirak edənlərin dünya və axirətdə məqamını yüksəltsin.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) izah etdi ki, mücahidlər müqəddəs ziyarətgahların müdafiəsində uca Allahın, Onun Rəsulunun və Əhli-Beytinin (Allahın salavat və salamı onların hamısının üzərinə olsun) himayəsindədirlər. |