Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Divaniyyə bölgəsindəki nümayəndəliyi ictimai yardımlar toplamaq üçün bir fondun yaradılmasına töhfə verdi 1/11/2023 ![]() |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Divaniyyə şəhərinin
mərkəzi – Həzarət məhəlləsindəki nümayəndəliyi, ictimai yardımlar toplamaq üçün
bir fondun yaradılmasına töhfə verdi. Seyid Həsən
Qüseyr bildirdi ki, nümayəndəlik bu xeyriyyə fondu yaradaraq mövcud maliyyə
resurslarının əldə olunması və onların ehtiyaclı ailələrin xidmətinə yönəldilməsi
məqsədi ilə çalışır. O, sözlərinə belə
davam etdi: “Nümayəndəlik, bu fondu yaradaraq, bir qrup namaz qılan şəxsi
birbaşa bu fonda nəzarət etmələri üçün vəzifələndirib. Bununla onlar ehtiyaclı
ailələri müəyyən edib onların ehtiyaclarını, xüsusilə də dərman və müalicə kimi
zəruri məsələlərdə qarşılamalarına kömək edirlər”.
Qüseyr, bu humanitar sahədə nümayəndəliyin fəaliyyətini dəstəkləyən xeyirxah insanların səylərini yüksək qiymətləndirdi. |