Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəmindən gələn nümayəndə heyətini qəbul etdi 23/1/2024 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əbəlfəz Abbasın (ə.s) müqəddəs
hərəmində xidmət göstərən bir qrup əməkdaşdan ibarət nümayəndə heyətini qəbul
etdi. Onların bu səfəri Əmirul-möminin imam Əlini (ə.s) ziyarət etmələri və
hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) ilə görüşərək, ata nəsihətlərini
və tövsiyələrini dinləmələri çərçivəsində baş tutdu. Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), dini hökmləri və onların
qaydalarını öyrənməyin vacibliyini vurğuladı. O, həmçinin möminlərlə münasibətdə
Əhli-beytin (ə.s) əxlaqına uyğun davranmağın əhəmiyyətinə toxunaraq, Əhli-beyt
imamlarının (ə.s) həyat tərzini əks etdirməyin, onlara xidmət etmək və onlara mənsub
olmaq şərəfinin məsuliyyətini dərk etməyin vacibliyini qeyd etdi.
O, insanın özünü islah etməli və təqva dərəcələrində yüksələrək Allahın razılığını qazanmağa çalışmalı olduğunu bildirdi. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Əhli-beytin (ə.s) rivayətlərində qeyd olunan təqvanın ilk addımı, insanın öz nəfsini hesaba çəkməsi olduğunu vurğuladı. |