Vasit şəhəri…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi kasıb və aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq paylarını paylayıb 17/3/2025 ![]() |
Vasit şəhərinin
Əl-Hürr qəsəbəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) nümayəndəliyi tərəfindən Ramazan ayı münasibətilə ehtiyaclı ailələrə
ərzaq payları paylanılıb. Şeyx Muhəmməd Cabiri
bildirib: “Mübarək Ramazan ayında ehtiyaclı ailələrə bir sıra ərzaq payları
çatdırdıq. Bu paketlərə şəkər, duru yağ, düyü, çay və digər əsas ərzaq məhsulları
daxil idi. Məqsəd bu mübarək ayda onların ehtiyaclarını qarşılamaqdır". Şeyx Cabiri çıxışı
zamanı əlavə edib ki, müəyyən miqdarda ərzaq məhsulları hazırlanaraq bu mübarək
Ramazan günlərində aztəminatlı ailələrə paylanıb. Bu fəaliyyət hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) ofisinin təlimatları əsasında həyata keçirilib. Həmin təlimatlar,
bu ailələrin halını soruşmaq və onların əsas ehtiyaclarını imkan çərçivəsində
qarşılamağı vacib hesab edir. Şeyx Cabiri əlavə
edib: “Bu xeyirxah fəaliyyətlər, kasıb təbəqəyə dəstək göstərmək və ehtiyac
içində olan ailələrin dərdlərini azaltmaq məqsədi daşıyır. Bu fürsətdən istifadə
edərək xeyriyyəçilərə təşəkkür və minnətdarlığımızı bildiririk. Uca Allahdan
onların savabını yazmasını və səylərini mübarək etməsini diləyirir".
|