Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi, Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza mərasimi təşkil etdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi, Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza mərasimi təşkil etdi

24/3/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərinin Seyidiyyə bölgəsində yerləşən Əshabi-Kisa (ə.s) məscid və hüseyniyyəsindəki nümayəndəsi, Əmirul-möminin imam Əli ibn Əbi Talibin (ə.s) şəhadətini yad etmək üçün əza mərasimi keçirdi.

Şeyx Əbdürrəsul Əttar deyib: “Bağdad şəhərində yerləşən nümayəndəliyimiz hörmətli möminlərin geniş iştirakı ilə Mövla Əbu Həsən imam Əli ibn Əbi Talibin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil etdi".

O, çıxışı zamanı bildirdi ki, əza mərasimində İmamın (ə.s) şəhadət hadisəsi oxunub və xətib onun müqəddəs həyatında və İslam dininə etdiyi böyük xidmətlərdəki bir sıra mühüm məqamları vurğulayıb. Bu xidmətlərin nəticəsində şəhadətə çatdı. “Kəbənin Rəbbinə and olsun, nicat tapdım” kəlamı yalnız ona yaraşır. Ona və doğulduğu, şəhid olduğu və yenidən dirildiləcəyi günə salam olsun.

Şeyx Əttar bu ağır müsibət münasibətilə imam Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə başsağlığı verdi.