Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi tərəfindən imam Baqir (ə.s) və Müslim ibn Əqilin (ə.s) şəhadətinin ildönümünə həsr olunmuş əzadarlıq mərasimləri keçirildi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi tərəfindən imam Baqir (ə.s) və Müslim ibn Əqilin (ə.s) şəhadətinin ildönümünə həsr olunmuş əzadarlıq mərasimləri keçirildi

5/6/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi, imam Muhəmməd Baqir (ə.s) və Müslim ibn Əqilin (ə.s) şəhadətinin ildönümünü yad etmək məqsədilə Ramazan və Zabitlər məhəlləsində əzadarlıq mərasimlərinə rəhbərlik etdi.

Əzadarlıq mərasimləri zamanı şeyx Casim Xətib qeyd etdi ki, imam Baqirin (ə.s) ən mühüm xidmətlərindən biri şiə fiqh məktəbinin əsasını qoyması olmuşdur. Bu, Əməvilər dövləti əleyhinə baş qaldıran tez-tez üsyanların səbəb olduğu siyasi zəiflik nəticəsində mümkün olmuşdu. Bu zəiflik imam Baqirə (ə.s) İslam elmlərini yaymaq və imamətinə inanan rəvayətçilərə təsir etmək imkanı yaratmışdı. Bu rəvayətçilər arasında tanınmış Əl-Əyin ailəsi də vardı. Onlardan ən məşhuru isə çoxsaylı hədisləri nəql edən Zürare ibn Əyin idi. O, sonradan imam Sadiqdən (ə.s) də rəvayətlər nəql etmişdir.

Şeyx Xətib, həmçinin imam Hüseynin (ə.s) Küfə xalqına göndərdiyi elçisi və etibarlı nümayəndəsi olan Müslim ibn Əqilin (ə.s) roluna toxundu. O, İslamda insanlıq naminə göndərilmiş ilk səfir kimi tanınır. Bu mühüm vəzifəyə layiq olmasını onun müdrik rəhbərliyi, nadir cəsarəti, haqq yolda möhkəmliyi və fədakarlığı sübut edir. Müslim ibn Əqil (ə.s), igidlik, qəhrəmanlıq və fədakarlığın ən ali nümunəsi kimi yadda qalmışdır.

Məclisin sonunda xətib, bu hüznlü münasibətlə imam Zamana (ə.f), mərcəi təqlidlərə və bütün İslam ümmətinə dərin hüzn və başsağlığı ifadə etdi.