Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livandakı Hizbullahın yaralı döyüşçülərindən ibarət nümayəndə heyətini qəbul etdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livandakı Hizbullahın yaralı döyüşçülərindən ibarət nümayəndə heyətini qəbul etdi

22/7/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun): Siz şəhadət layihəsisiniz, fədakarlığınız bütün ümmət üçün bir şərəf nişanıdır.

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Livanda sionist təcavüzə qarşı mübarizə aparan və bu yolda yaralanan Hizbullah mücahidlərindən ibarət bir nümayəndə heyətini qəbul edib. Bu ziyarət, Nəcəful-Əşrəf mərcəiyyətinə qarşı duyulan fəxarət, sədaqət və məhəbbətin təcəssümü olaraq həyata keçirilib.

Ata qayğısı ilə dolu və emosional bir çıxışında Şeyx Nəcəfi bu qəhrəmanlarla böyük qürur duyduğunu ifadə edərək belə deyib:

"Siz bu mübarək ofisə şərəf gətirdiniz. Siz Allaha inanan və vətəni ilə dini uğrunda fədakarlıq edən bir nəslin nümunəsisiniz. Vətəni sevmək imandandır və siz əqidə ilə savaşan, maaş və ya vəzifə üçün deyil, şəhadət üçün yola çıxan əsgərin canlı nümunəsisiniz. Necə ki, Əli Əkbər (ə.s) demişdi: “Ölüm bizə gəlsə də, biz ölümə getsək də fərq etməz".

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) əlavə etdi ki, bu mücahidləri düşmən əsgərlərindən fərqləndirən əsas cəhət onların bilincli, imanlı və əqidəli mübarizə aparmasıdır. Düşmən isə yalnız dünyəvi maraqlar və qərb planları uğrunda savaşır.

Məsumların (ə.s) tövsiyələri ilə bağlı xatırlatma

Çıxışı zamanı Şeyx Nəcəfi imam Musa Kazımın (ə.s) tövsiyələrini xatırladaraq dedi:

"Bizdən deyildir o kəs ki, hər gün özünü hesaba çəkməz… Hər bir insan – kişi və ya qadın – günün sonunda özündən soruşmalıdır: Əllərimlə nə etdim? Qulağımla nə dinlədim? Gözüm və ayağımla nə etdim? Əməllərimlə Allahı razı saldımmı?"

Daha sonra o, valideynlərə – xüsusilə anaya – hörmətin vacibliyini vurğulayaraq dedi:

"Ananın əlini öpmək böyük bir şərəfdir. Anaya qarşı təvazökarlıq Allaha qarşı təvazökarlıqdır. O ana ki, sizə əziyyətlə baxıb, sizi böyüdüb, Əhli-beyt (ə.s) sevgisini qəlbinizə yerləşdirib".

Mücahidlər Kərbəla yolunun davamıdır:

Şeyx Nəcəfi Kərbəla hadisəsini də xatırladaraq imam Hüseynin (ə.s) öz oğlu Əli Əkbəri döyüşə göndərməsini misal çəkdi.

"Kərbəlada, təcrübəli döyüşçü meydana çıxandan sonra imam Hüseyn (ə.s) öz oğlu Əli Əkbəri (ə.s) şəhadətə göndərdi – halbuki o, həm səsi, həm də siması ilə Peyğəmbəri (s) xatırladırdı. Amma imam Hüseyn (ə.s) bilirdi ki, bu döyüş fədakarlıq tələb edir. Əli Əkbər (ə.s) isə dedi: 'Bizə ölüm gəlsə də, biz ölümə getsək də fərq etməz."

Livan torpağının müqəddəsliyi.

Sonda Şeyx Nəcəfi Livanın mərcəiyyətin qəlbindəki önəmli mövqeyini vurğulayaraq bildirdi:

"Livan torpağı böyük kişilər, alimlər və mücahidlər yetişdirib. Onlar hələ də izzət və iman dastanları yazmaqda davam edirlər".

O, Allahdan Livanı, onun gənclərini və müqavimətini qorumasını dilədi, və bu sözlərlə yaralılara müraciət etdi:

"Siz zəiflik və məğlubiyyət çağında əqidə və səbatın canlı təcəssümüsünüz. Sizə olan sevgimiz səmimidir, dualarımız daim sizinlədir. Allah sizə şəfa, uğur və Ona yaxınlıq nəsib etsin".

Nümayəndə heyəti isə Nəcəf mərcəiyyətinə dərin təşəkkürlərini bildirərək qeyd etdi ki, bu cür görüşlər onlara müqavimət və iman yolunu davam etdirmək üçün böyük mənəvi güc verir. Onlar vurğuladılar ki, Nəcəf mərcəiyyəti ümməti müdafiə edən hər kəs üçün həmişə ruhani və mənəvi dayağ olub və olacaq.