Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Vəsit şəhərində, möminlərin evlərində Hüseyni məclislərini davam etdirir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Vəsit şəhərində, möminlərin evlərində Hüseyni məclislərini davam etdirir

15/7/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Vəsit şəhərinin Nömaniyyə qəsəbəsində, Mübarək Muhərrəm ayı çərçivəsində, möminlərin evlərində Hüseyni məclislərini təşkil etməyə davam edir.

Çəxışında, hörmətli Seyid Haşim Yasiri, bu Hüseyni məclislərinin davam etdirilməsinin İslam üçün vacib və müqəddəs bir məqsəd olduğunu vurğulayıb. O, imamların (ə.s) bu vasitənin tətbiqindəki rəhbərlik rolunu və imam Hüseynin (ə.s) və onun ailəsi ilə səhabələrinin faciəsinin təcəssüm etdirilməsi üçün nə qədər böyük əhəmiyyət verdiklərini qeyd edib.

Seyid Haşim Yasiri əlavə etdi: "Aşura xatirələrinin yaşadılması məsələsi, imamların (ə.s) ən vacib məsələsi olub. Onlar, bu kədərli faciənin hər detalını, cihad və şəhidlik ruhu ilə istifadə edərək, bu mübarək hərəkatın onların ardıcılları, sevənləri və şiələri arasında yaşamasını təmin ediblər".

Seyid Yasiri, imam Rza (ə.s) tərəfindən nəql olunan və imam Kazımın (ə.s) Aşura günlərindəki vəziyyəti barədəki bir rəvayətə də toxundu. O, belə demişdi: "Atam (ə.s) Muhərrəm ayında heç vaxt gülməz, üzündə kədər görünərdi, və bu kədər on gün davam edərdi. Onuncu gün isə, bu gün, onun ən böyük faciəsi və kədəri olduğu gündür, və deyərdi: “Bu, imam Hüseynin (ə.s) şəhid olduğu gündür". Bütün digər imamların (ə.s) vəziyyəti də belə olub.

Sözlərini yekunlaşdırarkən, Seyid Yasiri, imam Məhdiyə (ə.f), mərcəi-təqlidlərə və İslam ümmətinə, xüsusən də Əhli-beyt (ə.s) şiələrinə, imam Hüseynin (ə.s) Aşura günündə şəhadətini və qanının qılıncı məğlub etməsini xatırlayaraq, başsağlığı verib.