"Ya Hüseyn" yolu… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Ərbəin yürüşündə iştirak etdi 14/8/2025 ![]() |
Şeyx Əli Nəcəfi: Ərbəin ziyarəti – vicdan sahibləri və Əhli-beytə
(ə.s) səmimi sevgi bəsləyənlərin qlobal görüş yeridir. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdüri Şeyx
Əli Nəcəfi, Nəcəf ilə Müqəddəs Kərbəlanı birləşdirən “Ya Hüseyn” yolu boyunca təşkil
olunan Ərbəin yürüşündə iştirak etmişdir. Yürüş zamanı Şeyx Əli Nəcəfi imam Hüseynin (ə.s) xidmətçiləri,
Hüseyni mokiblərin sahibləri və ziyarətçilərlə görüşərək, onlara hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) salamlarını, dualarını və əməllərinin qəbul olunması
arzularını çatdırmışdır. Şeyx Əli Nəcəfi çıxışlarında vurğulayıb ki, Hüseyni əzadarlıq
mərasimlərinin yaşadılması - dinin dirildilməsi və ümmətin kimliyinin möhkəmləndirilməsidir.
O bildirib ki, "Ya Hüseyn" yolu – birlik, fəzilət və sülh məktəbidir,
burada fərqliliklər və parçalanmalar yox olur və hamı imam Hüseynin (ə.s)
bayrağı altında bir araya gəlir. O əlavə edib ki, bu mübarək yürüş cəmiyyəti birləşdirib və
imam Hüseynin (ə.s) yolu istisna olmaqla bütün digər mənsubiyyətləri arxa plana
atmışdır. O, bu ziyarət mühitindən qardaşlıq və əməkdaşlıq ruhunu gücləndirmək
üçün faydalanmağa və ümməti hədəfə alan parçalanma cəhdlərinin qarşısını almağa
çağırıb. Şeyx Nəcəfi qeyd edib ki, Ərbəin ziyarəti dünyada diri
vicdan daşıyan və Əhli-beytə (ə.s) səmimi sevgi bəsləyən hər bir kəsin bir
araya gəldiyi bir beynəlxalq platformadır. Bu, həmçinin möminlərin Allahla
münasibətlərini gücləndirmək, Qurani-Kərimi tilavət etmək, zəvvarlara xidmət
göstərmək, gözəl söz yaymaq, nəfsi islah etmək və dini və onun əxlaqi dəyərlərini
yaşatmaq üçün bir fürsətdir. Bununla yanaşı, Şeyx Əli Nəcəfi ziyarət zamanı Hüseyni
mokibləri, çadırlara və azmış zəvvarlar üçün yaradılan istiqamətləndirmə mərkəzlərinə
baş çəkmiş, onların fədakar fəaliyyətlərini yüksək qiymətləndirmiş, onları təqdir
etmiş və hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) salam-dualarını onlara çatdıraraq bu böyük
xidmətlərinə bərəkət diləmişdir.
|