Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Həzrət Peyğəmbəri-Əzəmin (s) şəhadət ildönümü münasibətilə başsağlığı verməyə gələn nümayəndə heyətlərini qəbul etdi 23/8/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisi başsağlığı verən qonaqları qəbul edərək, söz və əməl
baxımından Peyğəmbəri-Əzəmə (s) bağlılığın vacibliyini vurğuladı. Ofisə İslam ölkələrindən gəlmiş möminlərin nümayəndə heyətləri
toplaşdı; xüsusilə İran İslam Respublikasından, Pakistandan, həmçinin Körfəz
ölkələri və İraqdan gəlmiş nümayəndələr iştirak etdilər. Çıxış edənlər qeyd etdilər ki, yaradılmışların Seyidinə –
Muhəmməd ibn Abdullah Peyğəmbərə (s) bağlılıq böyük və müqəddəs bir dəyərdir və
İslam risalətinin uğur qazanması və yayılmasının əsas səbəblərindən biri
olmuşdur. Çünki Rəsulullah (s) sözə deyil, əmələ üstünlük verərək “sadiq və əmin”
adı ilə tanınır. Hörmətli alimlər də ziyarətçilərə aid bir sıra tövsiyə və
göstərişlərini təqdim edərək, nəfsi Allahın və Rəsulunun (s) istədiyi istiqamətdə
hazırlamağın vacibliyini vurğuladılar. Görüşün sonunda alimlər Uca Allaha dua edərək, möminləri hər
cür bəladan qorumasını və onları hidayət və islah yolunda sabitqədəm etməsini
dilədilər.
|