“Hüda fəaliyyəti” proqramı çərçivəsində – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrə şəhərində fiqh, əxlaq və əqidə dərslərini davam etdirir 4/9/2025 ![]() |
Bəsrə şəhərinin Mədinə qəzasında Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi yay tətili müddətində məktəb
şagirdlərinin geniş bir qismini hədəfləyən “Hüda fəaliyyəti” proqramı çərçivəsində
fiqh, əxlaq və əqidə dərslərinin keçirilməsini davam etdirir. Seyid Məuhəmməd Cabiri bildirib: “Dini-pedaqoji
proqramımız çərçivəsində fiqh, əxlaq və İslam əqidələri üzrə bir çox kursların
təşkilini davam etdiririk. Bu kurslar Əhli-beyt (ə.s) elmlərinin yayılmasına
xidmət edən xüsusi tədris proqramları əsasında hazırlanıb və şagirdlərimizin
suallarına cavab verəcək məsələləri açıqlamaq məqsədi daşıyır. Biz yay tətilini
bu dərsləri təşkil etmək üçün münasib fürsət olaraq dəyərləndirdik". O, əlavə edib ki, elm və bilik qazanmağın əhəmiyyəti heç
kimə gizli deyil. İslam insanı müxtəlif sahələrdə, xüsusilə də ümmətə fayda verən
və şəriət hökmlərinə dair elmlərdə öyrənməyə təşviq edib və bu istiqamətdə dəstəyini
əsirgəməyib.
Seyid Cabiri vurğulayıb ki, fiqh və əxlaq elmlərini öyrənmək mühüm və zəruri bir işdir. Çünki bu elmlərin böyük fəziləti vardır: insanı yüksək məqamlara ucaldır, onu azğınlıqdan qoruyur və Allah-taalaya, eləcə də Onun Əhli-beytinə (ə.s) yaxınlaşdırır. |