|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi möminlərdən ibarət bir heyətlə birlikdə müqəddəs Kərbəla şəhərindəki pak hərəmləri ziyarət etdi 9/10/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) Diyalə şəhərinin Xalis bölgəsindəki nümayəndəsi möminlərdən ibarət bir
heyətlə birlikdə müqəddəs Kərbəla şəhərindəki pak hərəmləri ziyarət etdi. Şeyx Haşim Şümməri bu barədə dedi: “İbadət
proqramımız müqəddəs Kərbəla şəhərindəki pak hərəmlərin ziyarətini əhatə
edirdi. Məqsədimiz imam Hüseynə (ə.s) və onun qardaşı Əbulfəzl Abbasa (ə.s) əhdimizi
yeniləmək idi. Şəhərimizin mömin övladlarından bir qrup ilə birlikdə bu ziyarəti
ən gözəl və layiqli şəkildə həyata keçirdik, onların xidmətində olduq və
qayğılarını daşıdıq". O əlavə etdi: “Nümayəndəlik
olaraq bizim geniş dini proqramımız var. Məqsədimiz Allah-taalanın və Onun
Əhli-beytinin (ə.s) razılığını qazanmaq, həmçinin təbliğ və risalət fəaliyyətimizi
bu məqsədlə davam etdirməkdir. Biz Nəcəful-Əşrəfdəki müdrik mərcəiyyətin göstərişlərini
mömin camaata çatdırmaq və onları mərcəiyyətlə bağlı saxlamaqla İslam dininə və
müqəddəs məzhəbə xidmət edirik".
Şeyx Şümməri sonda qeyd etdi ki, müqəddəs ziyarətgahların ziyarətindən tam mənada faydalanmaq lazımdır. Bu ziyarətlər həm dünya, həm də axirət üçün faydalı olmalı, insanın öz nəfsini hesaba çəkməsinə, davranış və həyat tərzini daha yaxşı istiqamətə dəyişməsinə bir başlanğıc nöqtəsi olmalıdır. |