|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) iştirakı və hörmətli hövzə alimlərinin hüzuru ilə Nəcəful-Əşrəfdə “Onuncu İllik Fatimiyyə” yürüşü keçirilmişdir 5/11/2025 ![]() |
Nəcəful-Əşrəf – Mətbuat xidməti Bu gün Nəcəful-Əşrəf şəhərində “Onuncu İllik Fatimiyyə”
yürüşü böyük izdihamla keçirilmişdir. Yürüşdə Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), hövzə elmi nümayəndə heyətləri, çoxsaylı
möminlər, əşirə nümayəndələri, Hüseyni mövkib xidmətçiləri və bir sıra ölkələrdən
gəlmiş ziyarətçilər iştirak ediblər. Yürüş hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun)
mərkəzi ofisindən başlayaraq imam Əlinin (ə.s) müqəddəs hərəminə doğru davam
etmişdir. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) şəxsən yürüş
iştirakçılarının önündə hərəkət edib. Bu genişmiqyaslı dini tədbir Xanım Fatimətuz-Zəhranın
(s.ə) xatirəsinin yaşadılmasına və Əhli-beytə (ə.s) məhəbbət və sədaqətin möhkəmləndirilməsinə
dərin diqqətin ifadəsi olub. Yürüş çərçivəsində Qurani-Kərimdən ayələr oxunub, Xanım
Zəhranın (s.ə) uca məqamını və onun başına gələn tarixi müsibətləri əks etdirən
şeirlər səsləndirilib. Mərasim iman dolu, təvazökar və dərin mənəvi ab-havada
keçmişdir.
Tədbirin sonunda imam Əlinin (ə.s) müqəddəs hərəmində əza məclisi təşkil olunub. Burada dini nümayəndələr və ziyarətçilər Xanım Zəhranın (s.ə) həyatında baş vermiş hadisələri yad ediblər. Mərasim imam Əlinin (ə.s) müqəddəs hərəminin ziyarəti və İmam Zamana (ə.f) başsağlığı təqdim olunması ilə yekunlaşmışdır. |