|
Mübarək Peyğəmbərliyin başlanması (Məbəs) gününün ildönümü münasibətilə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), elmi hövzədə təhsil alan bir qrup dini elm tələbəsinə, elmi yolçuluqlarında mühüm bir mərhələni geridə qoyduqlarına görə, mübarək əmmamə ilə təltif etdi 17/1/2026 ![]() |
Bu münasibətlə etdiyi çıxışında hörmətli ayətullah bu əzəmətli
günün gəlişini təbrik edərək vurğuladı ki, mübarək Məbəs hadisəsi bəşəriyyət
tarixində böyük bir dönüş nöqtəsi olmuş, insanlığı cəhalət, fəsad və zülmətlərdən
çıxararaq hidayətə, nura və mərifətə doğru yönəltmişdir.
Həmçinin hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) dini elm tələbələrinə bir sıra atanəsihətli tövsiyələr verərək bildirdi ki, elm tələbəsinin əsas qayğısı ciddi şəkildə təhsil almaq, daim araşdırma və müzakirə ilə məşğul olmaq, eyni zamanda nəfsi tərbiyə edib onu kin və düşmənçilikdən təmizləmək olmalıdır. O, elmin Allah-taala yanında böyük bir vacibat və uca bir məqam olduğunu qeyd edərək, bunun Hidayət imamlarının (ə.s) rəvayət və hədislərində də açıq şəkildə vurğulandığını diqqətə çatdırdı. |