|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Ziqarda imam Əlinin (ə.s) mövludu münasibətilə keçirilən mərasimə qatıldı 2/1/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisinin himayəsi ilə və Əmirul-möminin imam Əli ibn Əbu Talibin
(ə.s) mövludu münasibətilə “Əli Əkbər (ə.s)” heyəti və “Əbrar” Mədəniyyət Mərkəzi
dini mərasim təşkil etmişdir. Mərasimdə cənab Seyid Səlah Əlvadi məruzə ilə
çıxış edərək, Əhli-beytin (ə.s) — xüsusilə də Əmirul-möminin imam Əlinin (ə.s)
həyat yolundan ilhamlanan dini və tərbiyəvi dəyərlərdən, onun təcəssüm
etdirdiyi ədalət, şücaət və insani keyfiyyətlərdən bəhs etmişdir. Məruzəçi Əhli-beyt (ə.s) münasibətlərinin qeyd olunmasının əhəmiyyətini
vurğulayaraq, bunun əxlaqi prinsiplərin möhkəmləndirilməsində, dini və ictimai
şüurun artırılmasında, həmçinin nəsillərin onların doğru yoluna və pak həyat tərzinə
bağlanmasında mühüm rol oynadığını qeyd etmişdir. Mərasimdə bir sıra rövzəxanların və şairlərin xüsusi
çıxışları olmuş, Ziqar şəhərinin Qərrəf qəzasına bağlı Tüveynat kəndində
çoxsaylı möminlərin fəal iştirakı ilə keçirilmişdir. Tədbir Hüseyni məktəbinə dərin
bağlılığı və cəmiyyətin dini mərasimlərin yaşadılmasına göstərdiyi həssaslığı əks
etdirən iman dolu bir atmosferdə baş tutmuşdur.
|