|
Bəsrə Feyha: Bəsrə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi imam Hüseyn (ə.s) xidmətçilərinin iştirakı ilə Hüseyni mökəblər (əza dəstələri) müəssisəsinin açılışında iştirak etmişdir 27/1/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi, Şəban ayının mübarək
mövludları münasibətilə, Deyr bölgəsinin Şafi qəsəbəsində imam Hüseyn (ə.s)
xidmətçilərinin iştirakı ilə Hüseyni mökəblər müəssisəsinin açılış mərasimində
iştirak etmişdir. Ofisin nümayəndəsi Şeyx Müsənna Rübeyi bildirib: “Hüseyni
mökəblər müəssisəsinin açılışı dini xitabətin (mövqenin) vahidləşdirilməsi və
Hüseyni mökəblərə xidmət edənlər arasında əməkdaşlıq ruhunun gücləndirilməsi
istiqamətində atılan addımlardandır. Bu təşəbbüs imam Hüseynin (ə.s) mesajına
xidmət edir və Kərbəla şəhidinin İslam uğrunda göstərdiyi fədakarlıq və bəxşişə
sədaqət və həmrəylik dəyərlərini əks etdirir". Şeyx Rübeyi qeyd edib ki, bu açılış mərasimində 100-dən çox
Hüseyni mökəbin məsul şəxslərinin iştirakı, şəhər əhalisinin Hüseyni mökəblərin
təşkilinə və ali dini göstərişlərə bağlılığına açıq sübutdur. O vurğulayıb ki,
bu addım Hüseyni mədəniyyətin daha nizamlı və vahid şəkildə yayılmasına və xidmətlərin
daha yüksək səviyyədə təqdim olunmasına şərait yaradır. Sonda Şeyx Rübeyi imam Hüseynə (ə.s) xidmət edən bütün fəal
iştirakçılara dərin təşəkkür və minnətdarlığını bildirib və hamını mübarək Şəban
ayının mövludları münasibətilə təbrik edib.
|