|
Diyalə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi mübarək Qurani-Kərimin tilavət və təcvid hökmləri ilə bağlı mühazirələri davam etdirir 29/1/2026 ![]() |
Diyalə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) Diyalə şəhərindəki ofisinin nümayəndəsi, Xalis bölgəsində,
imam Məhdi (ə.f) məscidində Qurani-Kərimin düzgün oxunuşu və təcvid qaydalarına
dair xüsusi mühazirələrini davam etdirir. Ofisin nümayəndəsi Şeyx Haşim Şümməri bildirib: “Bu dərslər
cəmiyyətin Qurani-Kərimi düzgün tilavət etmə ehtiyacına cavab olaraq təşkil
olunur. Məqsəd oxunuş bacarıqlarını tilavət və təcvid elmlərində qəbul olunmuş
qayda və hökmlərə uyğun şəkildə inkişaf etdirməkdir”. O qeyd edib ki, bu
istiqamətdə bir sıra mühazirələr gündəlik dərslər formasında iştirakçılara təqdim
olunur. Şeyx Şümməri vurğulayıb ki, bu fəaliyyətlər cəmiyyətin müxtəlif
təbəqələrini Qurani-Kərimlə daha sıx əlaqəyə – həm oxuma, həm də təfəkkür etməyə
təşviq etmək məqsədi daşıyır. O bildirib ki, mühazirələr iştirakçılara xüsusilə
hərflərin məxrəc və sifətlərini düzgün öyrənməkdə kömək edir ki, bu da tilavətin
düzgünlüyünə və sağlamlığına müsbət təsir göstərir. Sonda Şeyx Şümməri qeyd edib ki, bu məqsədyönlü Quran
mühazirələri düzgün tilavət mədəniyyətinin yayılmasına, Allahın uca kitabının mənalarının
daha dərindən dərk edilməsinə və onun ali təlimlərindən qaynaqlanan əxlaqi və
insani dəyərlərin möhkəmlənməsinə xidmət edir.
|