|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Həzrət Xədicəyi-Kübranın (ə.s) həyat yolu haqqında dini mühazirə təşkil edir 5/3/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi, Deyr bölgəsində olan mömin
bacıların geniş iştirakı ilə Həzrət Xədicəyi-Kübranın (ə.s) həyatı və həyat
yolu barədə dini mühazirə təşkil etmişdir. Şeyx Müsənna Rubeyi mühazirə zamanı belə demişdir: “Bu gün
cəmiyyətin Həzrət Xədicənin (ə.s) həyatından dərs və ibrət götürməyə ciddi
ehtiyacı var. O, dərin iman sahibi, şüurlu bir mömin qadın nümunəsi idi və
İslam risaləsinə səmimi dəstək verən şəxsiyyət kimi seçilirdi. Bu mübarək həyat
yolu cəmiyyət qadınları üçün dini və əxlaqi dəyərlərin möhkəmləndirilməsində
bir örnəkdir”. O əlavə etmişdir ki, Möminlərin anası Həzrət Xədicəyi-Kübranın
(ə.s) vəfatının anılması İslamın ilk dövrlərində bu dini dəstəkləyən ən böyük şəxsiyyətlərdən
birinin yad edilməsidir. O, Muhəmməd peyğəmbərin (s) risaləsinə yardım yolunda
bütün varını fəda etmiş, saleh həyat yoldaşı, gözəl örnək və Peyğəmbər risaləsinin
sadiq dayağı olmuşdur. Şeyx Rubeyi qeyd etmişdir ki, mühazirə iştirakçılar tərəfindən
böyük maraqla qarşılanmışdır. O vurğulamışdır ki, bu cür tədbirlərdə əsas məqsəd
cəmiyyətdə, xüsusilə də mömin qadınlar arasında iman və əxlaq dəyərlərini gücləndirməkdir.
Çünki onlar sağlam ailə və düzgün cəmiyyətin qurulmasında əsas sütun hesab
olunurlar.
|