|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) himayəsi ilə… Nəcəful-Əşrəfdəki mərkəzi ofis Möminlərin əmiri imam Əli ibn Əbu Talibin (ə.s) şəhadəti münasibətilə matəm məclisi təşkil edir 11/3/2026 ![]() |
Nəcəful-Əşrəf – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) NəcəfulƏşrəfdəki
mərkəzi ofisi, Möminlərin əmiri imam Əli ibn Əbu Talibin (ə.s) şəhadəti münasibətilə
illik matəm məclisi təşkil etmişdir. Bu məclisdə onun özü, hövzə alimlərindən
bir qrup, dini elm tələbələri və bu kədərli münasibətlə başsağlığı verən möminlər
iştirak etmişdir. Məclisdə xətib Şeyx Əla Kəbi dini mühazirə ilə çıxış edərək,
imam Əli ibn Əbu Talibin (ə.s) pak həyatından bəzi məqamları xatırlatmış, onun
bənzərsiz fəzilət və üstünlüklərini, Allah və Onun Rəsulu Muhəmməd peyğəmbərin
(s) yanında yüksək məqamını, həmçinin onun gözəl əxlaqını, dinin müdafiəsi və
haqq-ədalətin bərqərar olunması yolunda göstərdiyi fədakarlıq və xidmətlərini
vurğulamışdır. Xətib həmçinin mühazirə zamanı Möminlərin əmirinin (ə.s)
həyatından müxtəlif məqamlara toxunmuş, məclisin sonunda isə tövhid əhlinin
mövlasının şəhadəti ilə bağlı mərsiyə oxumuşdur. Məclis hüzn və xüşu ilə dolu
imanlı bir ab-havada keçmişdir.
Bu məclis, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisinin hər il təşkil etdiyi matəm mərasimləri çərçivəsində keçirilir və Möminlərin əmirinin (ə.s) şəhadətinin yad edilməsi, onun mübarək həyat yolunun və iman, ədalət, təqva kimi əbədi dərslərinin xatırladılması məqsədi daşıyır. |