|
Diyalə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi mübarək Ramazan ayının gecələrini canlandırmaq üçün dini mühazirələri davam etdirir. 23/2/2026 ![]() |
Diyalə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi mübarək Ramazan ayının gecələrini
canlandırmaq məqsədilə dini mühazirələr keçirməyə davam edir. Bu mühazirələr
Qurani-Kərimin tilavət və təcvid qaydaları barədə keçirilən müntəzəm dərslər
silsiləsi çərçivəsində təşkil olunur. Şeyx Haşim Salman Şumməri qeyd etmişdir: “Tilavət
qaydalarını öyrənmək ikinci dərəcəli bir məsələ deyildir. Əksinə, Qurani-Kərimi
nazil olduğu kimi oxumağa çalışan hər bir müsəlman üçün vacibdir. Biz bu dərslər
vasitəsilə qiraəti düzəltməyə və əziz övladlarımızın qəlbində Qurana məhəbbət
yaratmağa çalışırıq”. O həmçinin qeyd etmişdir ki, bu cür mübarək Qurani
proqramların davam etdirilməsi çox əhəmiyyətlidir. Çünki bu proqramlar dini dəyərlərinə
bağlı, şüurlu bir nəslin yetişməsinə və Qurani-Kərimin mesajını cəmiyyətdə
yaymağa kömək edir. Şeyx Şumməri vurğulamışdır ki, bu fəaliyyətlər dini və
maarifləndirici proqram çərçivəsində həyata keçirilir. Məqsəd cəmiyyətin müxtəlif
təbəqələri arasında Qurani maarifi gücləndirməkdir. Bu dərslərdə Qurani-Kərimin
düzgün oxunması üçün əsas qaydalar izah olunur və iştirakçıların Ramazan ayı ərzində
qiraətlərini yaxşılaşdırmaları üçün praktiki tətbiqlər də həyata keçirilir.
|