|
Vasit şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi keçirib 12/3/2026 ![]() |
Vasit – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisinin nümayəndəs Kut şəhərində Əmirul-möminin imam Əli ibn
Əbu Talibin (ə.s) şəhadəti münasibətilə əza məclisi təşkil edib. Məclisdə bir
qrup mömin iştirak edib. Şeyx Muhəmməd Bədri məclis zamanı belə deyib: “İmam Əlinin
(ə.s) şəhadətinin yad edilməsi onun haqq, ədalət və müsəlmanlara xidmət
prinsiplərinə bağlılığın bir elanıdır. O, sadəcə tarixi bir şəxsiyyət deyil, bəşəriyyətin
bu gün də ehtiyac duyduğu dəyərlər və prinsiplər əsasında qurulmuş tam bir
islah layihəsidir”. O əlavə edib ki, bu hadisə İslam ümmətinin qəlbində, xüsusilə
də Əhli-beyt (ə.s) sevənlər üçün həmişəyaşar bir məsələdir. Bu xatirədə möminlər
ədalətli dövlət quran, məzlumların yanında duran və İslamın əsas prinsiplərindən
sapmayan bir rəhbər nümunəsini yada salırlar.
Şeyx Bədri çıxışının sonunda imam Məhdiyə (ə.f), böyük din alimlərinə və bütün İslam ümmətinə bu ağır müsibət münasibətilə başsağlığı verib. |