|
Divaniyyə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadəti münasibətilə ədalət və fədakarlıq dərslərini xatırladıb 12/3/2026 ![]() |
Divaniyyə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Mehnaviyyə məntəqəsində keçirilən əza
məclislərində Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) şəhadəti münasibətilə
ədalət, fədakarlıq və haqqın müdafiəsi dərslərini yad edib. Seyid Həsən Yasiri bildirib: “İmam Əlinin (ə.s) şəhadətinin
yad edilməsi onun mübarək həyatında təcəssüm etdirdiyi dəyərlərin gücləndirilməsi
üçün mühüm bir fürsətdir. Bu, möminlərin qəlbində dini şüurun və bağlılığın
möhkəmlənməsi üçün bir mərhələdir”. O əlavə edib ki: “Bu ağrılı xatirə sadəcə tarixi bir hadisə
deyil, əksinə, ədalət, fədakarlıq və haqq yolunda sabitlik kimi dəyərləri öyrəndiyimiz
daim yenilənən bir məktəbdir. Bu dəyərlərə cəmiyyət bu gün hər zamankından daha
çox ehtiyac duyur”.
Sonda Şeyx Yasiri imam Məhdiyə (ə.f), böyük din alimlərinə və bütün İslam ümmətinə bu kədərli hadisə münasibətilə başsağlığı verib. |