|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi “vacibi-kifai fətva qəhrəmanlarının” yaralılarını ziyarət edib, onların sağlamlıq vəziyyətləri və ehtiyacları ilə tanış olub 24/4/2026 ![]() |
Şeyx Müsənna
Rubeyi bildirib ki, bu ziyarət mərcəiyyətin
göstərişlərinə cavab olaraq həyata keçirilib. Bu göstərişlər yaralıların və şəhid
ailələrinin qayğısına qalmağı xüsusi şəkildə vurğulayır. O qeyd edib ki, hörmətli
mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamı və duası onlara çatdırılıb və
bunun onların mənəvi gücünü, səbir və möhkəmliyini artırmağına böyük təsiri
vardır.
O əlavə edib ki,
Xalq Səfərbərliyi Qüvvələrinin (Həşd-şəbi) yaralıları bütün iraqlılar üçün fəxarət
nişanıdır. O vurğulayıb ki, vətənin və müqəddəs dəyərlərin müdafiəsində göstərdikləri
fədakarlığa görə onlarla birlikdə olmaq və onlara müxtəlif sahələrdə dəstək
vermək hər kəsin borcudur.
Həmçinin qeyd edib ki, ziyarət edən heyət yaralıların ehtiyacları ilə birbaşa tanış olub və onlarla davamlı əlaqənin saxlanılmasının, həmçinin onların tələbatlarının qarşılanmasının vacibliyini vurğulayıb. |