|
Zi Qar şəhərindən olan nümayəndə heyəti Nəcəful-Əşrəfdə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi davamlı olsun) ziyarət etmişdir 18/5/2026 ![]() |
Zi Qar şəhərindən olan bir qrup mömin, Nəcəful-Əşrəfdə yerləşən Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) ofisini ziyarət etmək şərəfinə nail olmuşdur. Nümayəndə
heyətini ofisdə Seyid Muhəmməd Tahir Cəzairi qəbul etmişdir.
Seyid Cəzairi qonaqları səmimi şəkildə qarşılayaraq, onlara
hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) tövsiyələrini çatdırmışdır. Bu
tövsiyələrdə Əhli-beytin (ə.s) həyat yoluna möhkəm bağlı qalmağın, onların
mübarək həyatından dərs və ibrət götürməyin əhəmiyyəti vurğulanmışdır.
Bildirilmişdir ki, Əhli-beytin (ə.s) yolu insanın və cəmiyyətin iman və təqva əsasları
üzərində formalaşması üçün ən doğru və sağlam bir nümunədir.
Seyid Muhəmməd Tahir Cəzairi çıxışı zamanı insanlarla
münasibətdə gözəl İslam əxlaqına sahib olmağın vacibliyini qeyd etmiş, hər bir
insanın öz davranış və əməlləri ilə başqalarına nümunə olmasının önəmini
vurğulamışdır. O, həmçinin bütün işlərin yalnız Allah-taalanın razılığını
qazanmaq niyyəti ilə görülməsinin zəruriliyini diqqətə çatdırmışdır. Hörmətli Seyid əlavə etmişdir ki, məsum imamların (ə.s)
tövsiyə etdikləri əxlaqi və insani dəyərlərə bağlılıq sevgi, əməkdaşlıq və
ixlasın hakim olduğu möhkəm və birgə yaşayan cəmiyyətin qurulmasının əsasını təşkil
edir.
Ziyarətin sonunda nümayəndə heyəti göstərilən yüksək qonaqpərvərliyə görə öz təşəkkür və minnətdarlıqlarını bildirmiş, dini mərcəiyyətin hikmətli tövsiyələrinə böyük dəyər verdiklərini və onları gündəlik həyatlarında tətbiq etməyə çalışacaqlarını ifadə etmişlər. |