|
Fələstin səfiri Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib və Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir 25/5/2026 ![]() |
Nəcəful-Əşrəfdə yerləşən Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mübarək ofisi Fələstin səfirini və onu
müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. Qonaqları Seyid Muhəmməd Tahir
Cəzairi qarşılamışdır. Görüşdə Fələstin məsələsində baş verən son hadisələr
müzakirə edilmiş, Fələstin xalqının qanuni hüquqlarının müdafiəsinin vacibliyi
vurğulanmışdır. Seyid Muhəmməd Tahir Cəzairi görüş zamanı dini mərcəiyyətin
Fələstin məsələsinə dair dəyişməz mövqeyini bir daha bəyan etmişdir. O, mərcəiyyətin
Fələstin xalqının qanuni hüquqlarını əldə etməsi, azadlıq və ləyaqət içində
yaşamaq haqqını müdafiə etdiyini vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, Fələstin
məsələsi yalnız siyasi deyil, eyni zamanda ədalət və insanlıq prinsiplərinə əsaslanan
haqlı bir insani məsələdir. Bu səbəbdən dünyanın hər yerində azad və vicdanlı
insanların bu məsələyə dəstək verməsi, Fələstin xalqının əzab-əziyyətlərinin
sona çatdırılması və onun tarixi, qanuni hüquqlarının qorunması üçün səy göstərilməsi
zəruridir. Öz növbəsində, Fələstin səfiri hörmətli mərcəi-təqlidə
(kölgəsi davamlı olsun) Fələstinə və onun xalqına göstərdiyi dəstəyə görə dərin
təşəkkür və minnətdarlığını ifadə etmişdir. O, dini mərcəiyyətin ədalətli məsələlərin
müdafiəsində oynadığı insani və mənəvi rolu yüksək qiymətləndirmiş, bu mövqelərin
xüsusilə mövcud şəraitdə Fələstin xalqı üçün böyük mənəvi dayaq və dəstək mənbəyi
olduğunu bildirmişdir.
Görüş zamanı həmçinin ədalət və sülh dəyərlərinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanmış, xalqların hüquqlarının qorunmasına və onların insani ləyaqətinin müdafiəsinə xidmət edən bütün səylərin dəstəklənməsinin zəruriliyi qeyd edilmişdir. |