|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Finlandiya səfirini qəbul edib və iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini vurğulamışdır 25/5/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) Nəcəful-Əşrəfdəki ofisində Finlandiya səfirini və onu müşayiət edən
nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı İraq ilə Finlandiya arasında
ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunmuş, həmçinin
qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) görüş zamanı
iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətini
vurğulamış, bunun qarşılıqlı maraqlara xidmət etdiyini qeyd etmişdir. O,
iqtisadi, ticarət, humanitar və inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsinin
vacibliyini bildirərək, bu əməkdaşlığın sabitliyin möhkəmlənməsinə, quruculuq və
tərəqqi proseslərinin dəstəklənməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır. Öz növbəsində Finlandiya səfiri İraqda həyata keçirməyi
planlaşdırdığı layihə barədə məlumat vermiş, layihənin məqsədlərini və müxtəlif
mühüm sahələrin inkişafına verəcəyi töhfələri izah etmişdir. O, həmçinin ölkəsinin
İraqla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və birgə fəaliyyət
imkanlarını artırmaqda maraqlı olduğunu bildirmişdir.
Görüşün sonunda Finlandiya səfiri hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) əməkdaşlıq, qarşılıqlı anlaşma və sülhə çağıran dəyərli fikirlərini yüksək qiymətləndirmiş, göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. O, dini mərcəiyyətin sabitliyin qorunması, dialoq və birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsi istiqamətində oynadığı mühüm rolu da xüsusi vurğulamışdır. |