|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisinin müdürü Divaniyyə şəhərində maarifləndirici mühazirə ilə çıxış etmişdir 7/5/2026 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi
ofisinin müdürü Şeyx Əli Nəcəfi Divaniyyə şəhərinin Ğəmas qəzasındakı Böyük Ğəmas
Məscidində İmam Zamin (imam Rza (ə.s)) Heyəti tərəfindən təşkil olunmuş dialoq
seminarı çərçivəsində “Mövcud çağırışlar fonunda əməli intizar” mövzusunda
maarifləndirici mühazirə təqdim etmişdir. Şeyx Əli Nəcəfi
seminar zamanı möminlərin həyatında əməli intizar anlayışının möhkəmləndirilməsinin
əhəmiyyətindən, eləcə də fikri və ictimai çağırışlarla şüurlu və məsuliyyətli
yanaşma ruhunda mübarizə aparmağın zəruriliyindən bəhs etmişdir. O, imanlı gənclərin
dini kimliyin və əsl İslam dəyərlərinin qorunmasında, həmçinin onların
Əhli-beytin (ə.s) yoluna və məramına, eləcə də pak imamların (ə.s) məktəbinin
davamı hesab olunan dini mərcəiyyətə bağlılıqlarının gücləndirilməsində böyük
rol oynadıqlarını vurğulamışdır. Seminarda şəhərin
tanınmış alimləri, akademik dairələrin nümayəndələri və fikri-mədəni mövzulara
maraq göstərən bir qrup gənc iştirak etmişdir.
Tədbir möhtərəm Şeyxin irəli sürdüyü mövzular ətrafında fəal müzakirələrlə yekunlaşıb. O, həmçinin iştirakçılar tərəfindən təqdim olunan sualları cavablandırıb. Seminarın dialoq xarakterli mühiti mövzuya göstərilən yüksək marağı əks etdirmişdir. |