|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi məktəb şagirdləri üçün bir sıra yay kurslarının keçirilməsinə himayədarlıq etmişdir 1/6/2026 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi
akademik məktəblərin şagird və tələbələri üçün bir sıra yay kurslarının təşkilinə
himayədarlıq etmişdir. Bu fəaliyyət dini təbliğat, maarifləndirmə, eləcə də fikir
və tərbiyə sahəsində şüurun formalaşdırılması istiqamətində davam edən səylər çərçivəsində
həyata keçirilmişdir. Şeyx Müsənna Rübeyi
demişdir: “Yay kursları gənclərin və yeniyetmələrin şəxsiyyətinin
formalaşmasına töhfə vermək baxımından mühüm fürsətdir. Bu kurslarda fiqh, əqidə
və İslam əxlaqı ilə bağlı dərslər tədris olunur ki, bu da onların dini şüurunun
güclənməsinə və qəlblərində həqiqi İslam dəyərlərinin möhkəmlənməsinə kömək
edir".
Şeyx Rübeyi bildirib ki, bu kurslar yay tətili boyunca davam edəcək və hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinin göstərişləri əsasında hazırlanmış müəyyən proqram üzrə həyata keçiriləcəkdir. Bu proqramın məqsədi öz dəyərlərinə və prinsiplərinə bağlı, şüurlu və imanlı bir nəslin yetişdirilməsini. |