|
Müqəddəs Kərbəla şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Aşura məclislərinin keçirilməsini və Hüseyni qiyamının əbədi tarixinin yad edilməsini davam etdirir 28/6/2026 ![]() |
Müqəddəs Kərbəla vilayətində Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Aşura məclislərinin
keçirilməsini və İmam Hüseynin (ə.s) əbədi qiyamının xatırlanmasını davam
etdirib. Məclislərdə çoxsaylı möminlər və əzadarlar iştirak etmişlər. Şeyx Muhəmməd Zureycavi əza məclisində çıxışı zamanı
bildirib ki, Aşura hadisəsinin və onun möhtəşəm qiyamının təbliği, eləcə də
Hüseyni şüarlarına diqqət göstərilməsi imam Hüseynin (ə.s) mesajını insanlara
çatdırmaq baxımından böyük bir məsuliyyətdir. Bu məqsədə çatmaq üçün məzmunlu,
möhkəm və hədəfyönlü minbər çıxışlarının rolu əvəzsizdir. Çünki Hüseyni minbəri
Aşura mərasimlərinin yaşadılmasının əsas dayaqlarından biri olmaqla yanaşı,
Seyidüş-Şühədanın (ə.s) uğrunda qiyam etdiyi dəyərlərin və prinsiplərin cəmiyyətdə
möhkəmlənməsinə xidmət edir. O əlavə edib ki, Kərbəla qiyamı həmişə haqqın və azadlığın
məşəli olaraq qalacaq, Hüseyni prinsiplərinin yayılması üçün ilham mənbəyi
olacaqdır. Şüurlu və məsuliyyətli Hüseyni minbəri isə iman nümunələrini
yaşadan, nəsillərin yaddaşını qoruyan və imam Hüseynin (ə.s), pak əhli-beytinin
və vəfalı səhabələrinin (r) təcəssüm etdirdiyi fədakarlıq və sədaqət ruhunu gələcək
nəsillərə aşılayan mühüm bir vasitədir.
Şeyx Zureycavi vurğulayıb ki, bu mübarək məclislərin davam etdirilməsi imam Hüseynin (ə.s) səbrindən, cihadından və misilsiz fədakarlıqlarından qaynaqlanan yenilənən mənəvi bəhrənin təcəssümüdür. Bu da həqiqi Muhəmmədi İslamın bayrağının Qiyamət gününədək daim uca və dalğalanan qalmasına xidmət edir. |