|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi imam Zeynul-abidinin (ə.s) şəhadətinin ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etmişdir 11/7/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) Neynəva şəhərindəki nümayəndəsi Sincar rayonunda Həzrət Abbasın (ə.s)
mübarək hərəminin Baş Katibliyinin Dini İşlər Şöbəsi tərəfindən təşkil olunan
imam Zeynul-abidinin (ə.s) şəhadətinin ildönümü mərasimində iştirak edib. Mərasimdə
çoxsaylı möminlər və Əhli-beyt (ə.s) sevərləri iştirak ediblər. Seyid Mahmud Ərəci bu münasibətlə etdiyi dini çıxışında
bildirib: "İmam Zeynul-abidinin (ə.s) şəhadətinin anılması Kərbəla hadisəsindən
sonra imamın daşıdığı həqiqi Muhəmmədi risalətin dəyərlərinin yaşadılması deməkdir.
O həzrət ağır sınaqlar qarşısında səbir və hikmətlə dayanaraq həqiqi İslamın
prinsiplərini qoruyub saxladı. Buna görə də belə mərasimlər əxlaqın, dini
şüurun möhkəmləndirilməsi və Əhli-beytin (ə.s) yoluna bağlılığın artırılması
üçün mühüm fürsətdir". O qeyd edib ki, bu məclislər yalnız matəm mərasimləri
deyil, imanlı və şüurlu insan yetişdirən məktəblər, eyni zamanda Əhli-beytlə (ə.s)
əhdin yenilənməsi və onların mübarək həyatına nümunə götürmək üçün bir fürsətdir.
Seyid Mahmud Ərəci vurğulayıb ki, Hüseyni mərasimlərinin davam etdirilməsi dini
birliyi və kimliyi möhkəmləndirir, imam Hüseynin (ə.s) və onun pak əhli-beytinin
mesajının yaşadılmasına xidmət edir.
O əlavə edib ki, məclis çərçivəsində imam Səccadın (ə.s) mübarək həyatı və Kərbəla mesajının qorunmasında oynadığı əvəzsiz rol haqqında dini mühazirə təqdim olunub. Həmçinin Aşura faciəsindən sonra onun nümayiş etdirdiyi səbir, mətanət, ibadət və sözlə, mövqe ilə apardığı cihadın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb |