|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Kərbəla müqəddəs şəhərindəki nümayəndəsi Təff faciəsinin əbədi dastanına həsr olunmuş Hüseyni məclis təşkil etmişdir 11/7/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) müqəddəs Kərbəla şəhərindəki nümayəndəsi Təff faciəsinin əbədi
faciəsini yad etmək və imam Hüseynin (ə.s) şəhadətinin ildönümünü anmaq münasibətilə
Hüseyni matəm məclisi təşkil edib. Şeyx Muhəmməd Zureycavi məclisdə çıxışı zamanı bildirib:
"Bu hüznlü günlər İslam ümmətinə, böyük dini mərcələrə və bütün möminlərə
Kərbəla şəhidlərinin ağası imam Hüseynin (ə.s), onun pak əhli-beytinin və vəfalı
səhabələrinin şəhadəti münasibətilə başsağlığı vermək üçün bir fürsətdir.
Hüseyni məclislər iman, şüur və gözəl əxlaqın möhkəmləndirildiyi yenilənən bir
məktəb, Allahın dinini qoruyan və bəşər tarixinin ən böyük fədakarlıq nümunəsini
nümayiş etdirən imam Hüseynin (ə.s) qiyamına sədaqətin təcəssümüdür. Aşura məktəbi
bizə səbir, mətanət, birlik və cəmiyyətə xidmət ruhunu öyrədir". O qeyd edib ki, Hüseyni məclislərin keçirilməsi yalnız
tarixi bir hadisəni xatırlamaq deyil, imam Hüseynin (ə.s) uğrunda qiyam etdiyi
prinsiplərə, xüsusilə də haqqı müdafiə etmək, zülm və fəsadla mübarizə aparmaq əhdinin
yenilənməsidir. Şeyx Zureycavi Hüseyni mərasimlərinin məsuliyyət, əməkdaşlıq və
qarşılıqlı yardımlaşma ruhu ilə davam etdirilməsinin vacibliyini vurğulayaraq,
onların Əhli-beytin (ə.s) bərqərar etdiyi İslami və bəşəri dəyərlərin möhkəmləndirilməsi
üçün bir başlanğıc nöqtəsinə çevrilməsinin əhəmiyyətini qeyd edib.
Şeyx Muhəmməd Zureycavi həmçinin Muhərrəm ayının başlanması münasibətilə zamanın sahibi imam Məhdiyə (ə.f), böyük dini mərcələrə və bütün İslam ümmətinə başsağlığı verib. O bildirib ki, bu günlər iman ruhunun yenidən dirçəldilməsi və həqiqi Muhəmmədi İslamın bayrağına möhkəm sarılmaq üçün mühüm bir fürsətdir. |