|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Ərbəin yürüşünə Fav şəhərindən başlayaraq möminlərə hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) duasını çatdırmışdır 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki
Mərkəzi Ofisinin rəhbəri Şeyx Əli Nəcəfi mübarək Ərbəin ziyarəti mərasimində
mömin izdihamına qoşulub. O, yürüşünü İraqın ən cənubunda yerləşən Fav şəhərindən
başlayıb. O,
yürüşü zamanı qəbilə şeyxləri, Hüseyni mərasim dəstələrinin sahibləri və müqəddəs
Kərbəlaya, imam Hüseynə (ə.s) doğru hərəkət edən möminlərlə görüşüb. Görüşlər
zamanı hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamını və işlərində
müvəffəqiyyət, düzgünlük və əməllərinin qəbul olunması ilə bağlı duasını onlara
çatdırıb.
O, görüşləri zamanı vurğulayıb ki, Ərbəin ziyarəti İslam dininin əsil Muhəmmədi mahiyyətinin sözünü ucaldan və onun qüdrətini nümayiş etdirən mübarək bir dini şüardır. Həmçinin bu ziyarət möminlər arasında yaxınlaşma və bir-birini tanıma əlaqələrini gücləndirir, onların dini və milli kimliyini möhkəmləndirir. |