|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi kimi... Şeyx Əli Nəcəfi Siyab xəstəxanasında ziyarətçilərin yol qəzasında yaralananlarını ziyarət etmişdir 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki
Mərkəzi Ofisinin rəhbəri Ayətullah Şeyx Əli Nəcəfi Bəsrə şəhərindəki Siyab xəstəxanasına
baş çəkərək Ərbəin ziyarətçilərinin Kərmət Əli bölgəsində baş vermiş üzücü yol
qəzası nəticəsində xəsarət alanlarının səhhətləri ilə maraqlanıb. O,
səfəri zamanı yaralıların müalicəsinə nəzarət edən tibb heyəti ilə görüşərək
onların sağlamlıq vəziyyəti və müalicə prosesinin gedişi barədə məlumat alıb,
onlara lazımi tibbi xidmətin göstərilməsinin vacibliyini vurğulayıb. Bununla
yanaşı, Ayətullah Şeyx Əli Nəcəfi xəstəxana əməkdaşlarının göstərdikləri səylərə
və xəstələrə göstərdikləri tibbi xidmətə görə onlara təşəkkür və minnətdarlığını
bildirib.
Həmçinin o, qəza nəticəsində həyatını itirənlərin ailələri ilə görüşərək hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) başsağlığı və hüznlü ailələrə təsəlli mesajını onlara çatdırıb. Uca və Qadir Allahdan dünyasını dəyişənləri Öz geniş rəhmətinə qərq etməsini və onları imam Hüseynin (ə.s) ziyarətçiləri sırasında, onun haqqını və məqamını dərk edənlərdən olaraq məhşur etməsini diləyib. |