|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrədə hücuma məruz qalan balıqçıların ailələrini ziyarət edib və vurğulayıb: İnsan təhlükəsizliyi və sadə insanların dolanışığı qırmızı xətdir! 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki
Mərkəzi Ofisinin rəhbəri Şeyx Əli Nəcəfi Bəsrə şəhərində mübarək Ərbəin
yürüşündə iştirakı çərçivəsində yaxın günlərdə hücuma məruz qalmış iraqlı
balıqçıların ailələrini ziyarət edib. Şeyx
Əli Nəcəfi bu hücuma qarşı kəskin etirazını bildirərək vurğulayıb ki, insanın təhlükəsizliyi
və həyatı bütün sistemlərin və qurumların qarşısında dayanmalı olduğu qırmızı xətdir.
O, eyni zamanda, sadə insanların dolanışıq vasitələrinin və sərvətlərinin
qorunmasının, onların xarici siyasi hesablaşmalardan və siyasi çəkişmələrdən
uzaq tutulmasının zəruriliyini xüsusi qeyd edib.
Həmçinin Şeyx Əli Nəcəfi şəhidin ailəsinə ən səmimi başsağlığı diləklərini çatdıraraq Uca Allahdan onun yaxınlarına səbir və təmkin bəxş etməsini diləyib. |