|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Kərmət Əli bölgəsində baş vermiş ağır yol qəzasının qurbanlarının ailələrinə hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) başsağlığı diləklərini çatdırmışdır 19/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki
Mərkəzi Ofisinin rəhbəri Şeyx Əli Nəcəfi Bəsrə şəhərinin Kərmət Əli bölgəsində
Ərbəin yürüşü zamanı baş vermiş üzücü yol qəzası nəticəsində həyatını itirən
ziyarətçilərin ruhuna təşkil olunmuş fatihə məclisində iştirak etmişdir. Şeyx
Əli Nəcəfi məclisdə iştirakı zamanı hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı
olsun) başsağlığı və hüznlü ailələrə təsəlli mesajını mərhumların ailələrinə və
yaxınlarına çatdıraraq bu ağır müsibət münasibətilə onlara öz hüzn və həmrəyliyini
ifadə edib.
Şeyx Əli Nəcəfi Uca Allahdan dünyasını dəyişənləri Öz geniş mərhəmət və bağışlamasına qərq etməsini, onları geniş cənnətlərində məskunlaşdırmasını, imam Hüseyn (ə.s) ilə birlikdə məhşur etməsini, onların ailələrinə və sevənlərinə gözəl səbir və təmkin bəxş etməsini diləyib. |