Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi Muhərrəm və xeyir-bərəkət ayı Səfər proqramları çərçivəsində bir sıra dini və sosial tədbirlərə himayədarlıq edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi Muhərrəm və xeyir-bərəkət ayı Səfər proqramları çərçivəsində bir sıra dini və sosial tədbirlərə himayədarlıq edib

19/7/2026




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi paytaxtın şimalında yerləşən Raşidiyyə bölgəsindəki Rüqəyyə hüseyniyyəsində, eləcə də imam Sadiqin (ə.s) məscid və mədrəsəsində Muhərrəm və xeyir-bərəkət ayı Səfər proqramları çərçivəsində bir sıra dini və sosial tədbirlərə himayədarlıq edib.

Şeyx Kərim Saidi bildirib ki, din xadimləri olaraq bizim təbliğat missiyamız yalnız namaz qılınması, moizə və nəsihət məclislərinin keçirilməsi ilə məhdudlaşmır. Bu missiya həm də şüurlu insan yetişdirməyə və əsil Muhəmmədi İslamının dəyərlərinə bağlılığı dərinləşdirməyə qədər uzanır. O vurğulayıb ki, Əhli-beytin (ə.s) münasibətlərini və mərasimlərini yaşatmaq haqq, ədalət və islah prinsiplərini yaşatmaq deməkdir. Buna görə də məscidin daxilində və xaricində təbliğ fəaliyyətinin davam etdirilməsinə xüsusi diqqət yetiririk ki, minbər hidayət məşəli, səmimi və doğru söz isə gözəl əxlaqın, birliyin və cəmiyyətə xidmətin möhkəmləndirilməsi vasitəsi olaraq qalsın.

O, açıqlayıb ki, hazırkı mərhələ din xadimlərindən insanlarla birbaşa ünsiyyət qurmaq, onların problemlərini dinləmək, cəmiyyətin kimliyini və dəyərlərini qoruyacaq dini və ideoloji istiqamətləndirmə aparmaq vasitəsilə fəal şəkildə insanların arasında olmağı tələb edir. O, həmçinin vurğulayıb ki, möminlərə xidmət etmək və Əhli-beyt (ə.s) mədəniyyətini yaymaq şəraitdən asılı olmayan və daim davam etdiriləcək sabit bir yoldur. İxlasla görülən iş imanın möhkəmləndirilməsinin, sosial həmrəyliyin gücləndirilməsinin və dinə məsuliyyət və ləyaqətlə xidmət göstərilməsinin əsas yoludur.

O, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) nümayəndəliyi tərəfindən himayə olunan bu dini proqramların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin tədbirlər hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) Ofisinin göstərişləri çərçivəsində həyata keçirilir və Allah-taalanın və Əhli-beytin (ə.s) razılığına aparan doğru yoldur.