|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) imam Zamanın (ə.f) zühuru ilə əlaqədar İraqın ilahi missiyasında və Əhli-beyt (ə.s) məktəbindəki mərkəzi mövqeyini vurğulayıb, insanın hər gün öz əməllərini və davranışlarını hesaba çəkməsinin, eləcə də valideynlərə, xüsusilə anaya yaxşılıq və ehtiram göstərməsinin vacibliyinə çağırıb 11/8/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun), əzəmətli Peyğəmbərin (s) şəhadətinin ildönümü münasibətilə
Əmirul-möminin imam Əlinin (ə.s) ziyarətində iştirak etdikdən sonra Babil şəhərindən
gəlmiş bir qrup müəllim və tələbədən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı
olsun) bir sıra ata qayğısı ilə verilmiş nəsihət və tövsiyələrini çatdıraraq
vurğulayıb ki, insan hər gün bütün əməllərini və söylədiyi sözləri özü üçün
hesaba çəkməli, yol verdiyi səhvləri düzəltməli, günahlara düşməkdən çəkinməli
və yaxşı əməllərini artırmağa çalışmalıdır. O qeyd edib ki, Əhli-beytin (ə.s)
yolu öz şiə və ardıcıllarını daim nəfsi-mühasebəyə, yəni öz əməllərini
sorğu-suala çəkməyə və mənəvi cəhətdən yüksəlməyə dəvət üzərində qurulub. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) həmçinin
valideynlərə yaxşılıq və ehtiram göstərməyin, xüsusilə də anaya qayğı ilə
yanaşmağın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, möminləri analarının
razılığını qazanmaq üçün əllərindən gələn bütün yaxşılıqları etməyə, onların
varlığını və övladlarını düzgün tərbiyə etmələrini Allahın neməti kimi dəyərləndirib
şükür etməyə çağırıb. Bununla da Əmirul-möminin imam Əlinin (ə.s) şiələrinin
yolunun həqiqi nümunəsi olmağın vacibliyini diqqətə çatdırıb. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) söhbətinin
tarixi və etiqadi aspektinə toxunaraq bildirib ki, İraqın Əhli-beytə (ə.s) olan
vilayət və bağlılıq kimliyi keçmişdə olduğu kimi, bu gün də mövcuddur və İmam
Sahibuz-Zəmanın (ə.f) zühuruna qədər davam edəcək.
O əlavə edib ki, həmin dövrdə müqəddəs Nəcəf şəhəri ilahi ədalət dövlətinin paytaxtı, İraq isə yer üzünü haqq-ədalətlə dolduracaq, zalımların hakimiyyət və taxtlarını aradan qaldıracaq, dünyanın bütün bölgələrində sülh və əmin-amanlığı bərqərar edəcək həmin ilahi rəhbərliyin qlobal mərkəzi olacaq. |