|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi qadın zəvvarlara xidmət üçün nəzərdə tutulmuş Kərbəla Hüseyniyyəsinin binasının tamamlanmasına və açılışına nəzarət edib 20/8/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi müqəddəs Kərbəla şəhərinin mərkəzində
qadınlar üçün nəzərdə tutulmuş Kərbəla Hüseyniyyəsi binasının ikinci mərtəbəsinin
tamamlanmasına və açılışına nəzarət edib. Şeyx Harun Muhəmmədi deyib: “Bütün möminləri bu mübarək
münasibət – imam Məhdinin (ə.f) imamətinin ona tapşırılması münasibətilə təbrik
edirik. Allah-taaladan istəyirik ki, bizi onun vilayətində sabitqədəm
olanlardan və onun şərəfli zühurunu həqiqi şəkildə gözləyənlərdən qərar versin. O, həmçinin bildirib ki, ikinci mərtəbənin açılması
mömin qadın zəvvarların dincəlməsi üçün mühüm bir imkan yaradır. O əlavə edib ki, qadınlar üçün nəzərdə tutulmuş bu mərtəbənin
istifadəyə verilməsi mömin qadınlara xidmət yolunda mühüm addımdır. Həmçinin
onların dini məclislərdə və müxtəlif dini tədbirlərdə iştirak etmələri üçün
münasib şərait yaradır. Allah-taaladan bu layihənin həyata keçirilməsinə töhfə
verən hər kəsə uğur verməsini və bu işi onlar üçün dünya və axirətdə dəyərli
bir azuqə qərar verməsini diləyib.
O, möminlərə xidmət istiqamətində işlərin davam etdirilməsinin, Hüseyniyyənin dini və ictimai fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə mömin qadınlara xidmət göstərilməsi və onların dini proqramlarda və tədbirlərdə iştirak etmələri üçün münasib məkanın təmin edilməsinin əhəmiyyətini qeyd edib. Bu məsələ, xüsusilə milyonlarla insanın iştirak etdiyi Ərbəin ziyarəti zamanı xüsusi əhəmiyyət daşıyır. |