|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi təhlükəsizlik və sosial sabitliyin səylərinə dəstək məqsədilə bir sıra təhlükəsizlik rəhbərləri ilə görüşüb 24/8/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi təhlükəsizlik və sosial
sabitliyin təmin olunması istiqamətində görülən işlərə dəstək məqsədilə bir
sıra təhlükəsizlik rəhbərləri ilə görüşüb. Görüşdə ümumi mənafeyə xidmət edən əməkdaşlığın
gücləndirilməsi yolları müzakirə olunub. Seyid Mahmud Ərəci İraq ordusunun məsul şəxsləri ilə
görüşü zamanı bildirib ki, 20-ci Piyada Diviziyasının komandirinin ziyarət
edilməsi Sincar qəzasında təhlükəsizliyin və sabitliyin qorunmasında təhlükəsizlik
qüvvələrinin oynadığı rola verilən qiymətin ifadəsidir. Həmçinin bu görüş şiə
icmasının üzvlərinin hərbi qurumla əməkdaşlıq və əlaqələrə önəm verdiyini,
bunun da ümumilikdə qəza əhalisinə xidmət məqsədi daşıdığını göstərir. O əlavə edib ki, müxtəlif icmalara mənsub Sincar sakinlərinin
davamlı əlaqə və əməkdaşlığa, qardaşlıq, həmrəylik və qarşılıqlı dəstək ruhunun
gücləndirilməsinə ehtiyacı var. Bu isə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə
və vətəndaşlara xidmət göstərilməsinə öz töhfəsini verəcək. O, şəhərin
sabitliyinə dəstəyin davam etdiriləcəyini vurğulayıb. Çünki bu, şəhərin xidmətlərinin
inkişaf etdirilməsi və onun təhlükəsizlik və sabitlik istiqamətində irəliləyişinin
gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O, bu görüşün hərbi qurumla əməkdaşlıq və əlaqələrin gücləndirilməsi, eləcə də Sincar qəzasında təhlükəsizliyin və sabitliyin qorunmasında həmin qurumun roluna dəstək baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. |