Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livan hövzəsindən olan alimlər heyətini qəbul edib və onun bir sıra tələbələrinə əmmamə verib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livan hövzəsindən olan alimlər heyətini qəbul edib və onun bir sıra tələbələrinə əmmamə verib

31/8/2026




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Livan hövzəsindən olan alimlər heyətini qəbul edib. Heyətə onun Livan və Suriyadakı vəkili, möhtərəm Şeyx Əli Bəhsun rəhbərlik edib. Görüş Peyğəmbərin (s) və onun nəvəsi imam Sadiqin (ə.s) mübarək mövludları münasibətilə keçirilib.

Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) bu əlamətdar və mübarək münasibətlə qonaq heyəti və dini elmlər tələbələrini təbrik edib. Daha sonra bir sıra dini elmlər tələbəsinə mübarək əmmamə bağlayıb və onların elmi fəaliyyətlərində müvəffəqiyyət və düzgün istiqamət əldə etmələrini, dinə xidmət və məzhəbi müdafiə etmək məsuliyyətini layiqincə daşıyan şəxslər olmalarını Allahdan diləyib.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) görüş zamanı tələbələrə bir sıra dəyərli nəsihət və tövsiyələr verib. O, elmi təhsildə ciddi səy göstərməyin və çalışqan olmağın əhəmiyyətini, bununla yanaşı nəfsin tərbiyə edilməsi, onu təqva və səbirə alışdırmağın zəruriliyini vurğulayıb. O qeyd edib ki, elm əxlaq, təqva və saleh əməllə birləşmədikcə öz bəhrəsini tam şəkildə vermir.

Həmçinin hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) keçmiş böyük din alimlərinin ötən onilliklər ərzində gənc dini elm tələbələrinə verdikləri bir sıra vəsiyyət və tövsiyələri xatırladıb. O, həmin alimlərin yolunu davam etdirməyin, onların elmi və əxlaqi həyat tərzinə bağlı qalmağın, elm öyrənmək, dinə və cəmiyyətə xidmət etmək sahəsində onların mövqelərindən ibrət götürməyin zəruriliyini vurğulayıb.