Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdə geniş xalq kütlələrinin iştirakı ilə keçirilən ənənəvi Fatimiyyə yürüşündə iştirak etmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdə geniş xalq kütlələrinin iştirakı ilə keçirilən ənənəvi Fatimiyyə yürüşündə iştirak etmişdir

25/10/2026




Nəcəful-Əşrəf: Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) 1448-ci hicri-qəməri ilinin Cəmadiül-əvvəl ayının 13-də, miladi təqvimlə 2026-cı il oktyabrın 25-də Nəcəful-Əşrəfdə (ikinci rəvayətə əsasən) keçirilən ənənəvi Fatimiyyə yürüşünün iştirakçıları arasında olmuşdur. Xanım Fatimətuz-Zəhranın (s.ə) şəhadətinin ildönümünü yad etmək məqsədilə təşkil olunan yürüş hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisindən başlamış və Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) müqəddəs hərəminə doğru istiqamətlənmişdir.

Yürüşdə bir sıra İslam ölkələrindən və İraqın müxtəlif şəhərlərindən gələn möminlər, eləcə də elmi hövzənin tanınmış alimləri və nüfuzlu şəxsiyyətləri, qəbilə şeyxləri və cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri iştirak etmişlər. İştirakçılar bu yürüş vasitəsilə Əhli-beytə (ə.s) olan bağlılıqlarını bir daha ifadə etmiş, Xanım Fatimətuz-Zəhranın (s.ə) məruz qaldığı zülm və haqsızlıqları yad etmişlər.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) Fatimiyyə əzadarlığının yaşadılmasının əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu mərasim Əhli-beytə (ə.s) olan bağlılığın yenilənməsini və əsil Muhəmməd dininə möhkəm bağlılığı ifadə edir.

Hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin rəhbəri Şeyx Əli Nəcəfi isə öz növbəsində qeyd etmişdir ki, bu yürüş zülmə, haqsızlığa və terrora qarşı mövqeyi təcəssüm etdirir, haqq və ədalət yoluna bağlılığı bir daha təsdiqləyir və Xanım Fatimətuz-Zəhranın (s.ə) məruz qaldığı zülmlərin yad edilməsinə xidmət edir.