|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndələr və təmsilçilər şöbəsi xanım Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ikinci rəvayətə əsasən yad edilməsi üçün hazırlıq işlərini gücləndirir 19/10/2026 |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Nəcəf-Əşrəf şəhərindəki
nümayəndələr və təmsilçilər şöbəsi xanım Siddiqeyi-Zəhranın (ə.s) şəhadətinin
ikinci rəvayətə əsasən yad edilməsi məqsədilə keçiriləcək ənənəvi illik
Fatimiyyə yürüşü çərçivəsində sahə və təşkilati hazırlıq işlərini daha da
intensivləşdirib. Şeyx Adil Zərkani
illik Fatimiyyə yürüşünün Mərkəzi Komitəsinə tabe olan Ziyarət Əməliyyatları Qərargahında
hazırlıq işlərinin gedişini izləyərkən bildirib ki, şöbə bütün əməkdaşlarının
iştirakı ilə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) ofisinin göstəriş və tövsiyələri əsasında fəaliyyətini davam etdirir. Məqsəd
qarşıdakı günlərdə əzadarlıq və matəm məclislərində, eləcə də gözlənilən
Fatimiyyə yürüşündə iştirak edəcək əzadarlıq edənlərin və zəvvarların
qarşılanması üçün zəruri logistik və təşkilati işləri tamamlamaq, münasib şərait
yaratmaqdır. O, qeyd edib ki,
bu hazırlıqlar Əhli-beytlə (ə.s) bağlı dini ayinlərin yaşadılmasının əhəmiyyətindən,
xanım Fatimeyi-Zəhraya (ə.s) qarşı edilmiş zülm və haqsızlıqların
xatırlanmasından qaynaqlanır. Həmçinin o həzrətin pak həyat yolunun iman, səbir,
dönməzlik və haqqın müdafiəsi kimi dəyərləri təcəssüm etdirdiyini vurğulayıb. Şeyx Adil Zərkani
əlavə edib ki, möminlərin bu hüznlü mərasimin yad edilməsində iştirakını təmin
etmək məqsədilə koordinasiya işləri, logistik dəstək tələblərinin izlənilməsi və
piyada yürüşün təşkili istiqamətində fəaliyyət davam etdirilir.
O, həmçinin bildirib ki, əzadarlıq edənlərin qarşılanması, əza və matəm məclislərinin, eləcə də Fatimiyyə yürüşünün təşkili üçün münasib şəraitin yaradılması şöbənin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bütün bu tədbirlərin başlıca məqsədi mövla Əmirəl-möminin həzrət Əliyə (ə.s) başsağlığı vermək və o həzrətin hüzurunda əzadarlıq borcunu yerinə yetirməkdir. |