|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Misan şəhərindəki nümayəndəsi Məcr əl-Kəbir sakinlərindən ibarət heyətlə birlikdə illik Fatimiyyə yürüşündə iştirak etmək üçün yola düşüb 22/10/2026 |
Seyid Əli Fazili: «Bu iştirak Əhli-beytə (ə.s) olan
bağlılığın təcəssümü və onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir». Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Misan şəhərindəki ofisinin nümayəndəsi Seyid Əli Fazili Məcr əl-Kəbir
rayonunun sakinlərindən və əzadarlardan ibarət heyətlə birlikdə Xanım
Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünü yad etmək məqsədilə
keçirilən illik Fatimiyyə yürüşündə iştirak etmək üçün mərkəzi toplanış məntəqəsinə
doğru yola düşüb. Seyid Fazili bildirib ki, Məcr əl-Kəbir sakinlərindən
ibarət heyətin bu yürüşdə iştirakı Əhli-beytə (ə.s) sədaqət və vəfanın ifadəsi,
onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir. O, həmçinin
vurğulayıb ki, Fatimiyyə yürüşündə iştirak iman mövqeyinin ifadəsi olmaqla
yanaşı, Xanım Fatimeyi-Zəhranın (ə.s) uğrunda fədakarlıq göstərdiyi dəyərlərə və
prinsiplərə bağlılığın, Əhli-beytə məhəbbət və sədaqətin, fədakarlığın təcəssümüdür. O, qeyd edib ki, bu iştirak Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin bilavasitə himayəsi altında
keçirilən Xanım Siddiqeyi-Tahirənin (ə.s) şəhadətinin ildönümünü yad etmək istiqamətində
davam edən hazırlıq tədbirlərinin tərkib hissəsidir. Seyid Fazili Uca Allahdan
hər kəsin saleh əməllərini qəbul etməsini, onların addımlarını haqq və vilayət
yolunda sabit etməsini diləyib. Seyid Fazili, həmçinin bildirib ki, Uca Allahın lütfü ilə
yola düşmə mərasimi yüksək səviyyədə təşkil olunub. İllik Fatimiyyə yürüşündə
iştirak edəcək heyətin səfər üçün zəruri ehtiyacları təmin edilib və heyətin təşkili
başa çatdırılıb. Bununla da bu əzadarlıq mərasimində iştirak üçün münasib şərait
yaradılıb.
|