| Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) həyatına qısa baxış. 9/8/2021  | 
| Ayətullah əl-üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi    (kölgəsi davamlı olsun   ) 1942-ci
ildə Hindistanın Caləndhər şəhərində anadan olmuşdur. Atası Şeyx Sadiq    (r ə   ) 
Pakistanın Lahur şəhərinin sayılıb seçilən şəxslərindən olmuşdur.İlk təhsilini         (sərf,
nəhv, bəlağə, fiqh, usul        ) Lahur şəhərində babası Şeyx Muhəmməd İbrahim
Pakistanidən    (r.ə   ), və əmisi Şeyx Xadim Hüseyndən    (r.ə   ) və Pakistanın böyük elmi mərkəzlərindən
olan, Camiə Müntəzər mədrəsəsinin təsisçisi olan Əllamə Əxtər Abbas Pakistanidən    (r.ə   ) 
almışdır. Daha sonra təhsilini daha da artırmaq üçün 1965-ci ildə Elm şəhərinin qapısı, Əmirəl-möminin Əli         (ə.s        )-ın müqəddəs
vucudunun dəfn olunduğu Nəcəful-Əşrəfə hicrət etmişdir. Nəcəful-Əşrəfdə məşhur
olan ustadların yanında dərs almışdır. Onlardan Ayətullah Şeyx Muhəmməd Kazım Təbrizinin    (r.ə   ) 
Kifayətul-usul və bəhsi xaricində iştirak etmiş. Ayətullah Üzma Seyid Muhəmməd
Ruhaninin    (r.ə   ) yanında 7 ildən artq usul və
fiqhin xaric dərslərini almışdır. Daha sonra dövrünün böyük mərcəi təqlid müctəhidlərindən
olan Ayətullah əl-Üzma İmam Seyid Əbül Qasim Musəvi Xoinin    (r.ə   ) yanında usul və fiqhin
xaric dərslərini almışdır. Hal hazırda Nəcəf Elmiyyə hövzəsində bəhsi xaric dərslərini
tədris edir. 1-Əddinul-Qəyyim 2-Mənasikul-Həcc 3-Xeyru Səfaih fi əhkami Əfai 4-Miətu sual hovlə Xüms 5-Əhkamu Sovm - orucun hökmləri         (tərcümə
olunur        ) 6-Səyəbqa Nəcəf raidətu hövzatul aləm 7-Mustəfa Dinul Qəyyim 8-Murşid əş-Şəfiq ilə Həccil-beytil-ətiq 9-Buhusun fiqhiyyətu muasirə 10-Şəairu əl-Hüseyniyyətu və mərasimu
ələza 11-İləl Şəbab – Cavanlara nəsihət         (tərcümə
olunur        ) 12-Şərhi müalimu əl Usul 13-Risalətu fil Etikaf 14-Risalətu fil Əhkamil-Ğeybət 15-Şərhi Kifayətul Üsul 16-Bəhsu mufəssəl fi elmi əl-Dirayə 17-Şərhi Mənzumətul Həkim əs-Səbzivari 18-Şərhi əla irsil-Lümə 19-Kitab fit-tövbə 20-Risalə fi səlatil-cümə 21-Xeyrul səhaif fi əhkamil əfaif 22-Risalə əlxüms istidlaliyyətu 23-Risalətu fi əhkamir-radio vət-televizyon
vət-təmsil 24-Təliqihi əla şərhit-təcrid 25-Tənqihur-ruvat ləm yətummu bəəd 26-Viladətu İmamil-Mehdi  (ə.f ) -
İmam Mehdinin  (ə.f ) viladəti         (tərcümə olunur )
  |