Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Hollandiyanın İraqda olan səfirini qəbul edib.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Hollandiyanın İraqda olan səfirini qəbul edib.

13/2/2021




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Hollandiyanın İraqda olan səfiri Mişel Rintinarı və nümayəndə heyətini qəbul edib. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraq və Hollandiya arasında iqtisadi əlaqələrin olmasının əhəmiyyətini qeyd edib. Bu əlaqənin xalqların xeyri üzərində qurulmasını bildirib. İraqa gələn layihələrin, xüsusilə enerji və elektrik enerjisi sahəsində İraq infrastrukturunun qurulmasında əsas amil olmasını qeyd etdi. Həmçinin gələcək müharibələrin iqtisadi müharibə olacağını bildirən Şeyx, mərcəiyyətin İraqın daxili işlərinə hər hansı müdaxilənin olmasını qəti qəbul olunmaz olunduğunu bildirdi. Həmçinin İraqın suverenliyinə hörmət göstərilməsini və sabitliyi, yenidən qurma və iqtisadiyyatı dəstəkləmək üçün rəsmi tərəfin dəstək göstərməsini və hörmət göstərməsini bildirdi. Səfir öz növbəsində görüş üçün vaxt ayırdıqlarına görə Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz təşəkkürünü bildirdi. Həmçinin Hollandiyanın İraqa daim dəstək göstərəcəyini və bu tövsiyələri öz dövlətinə çatdıracağını bildirdi.