Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Birləşmiş Millətlər təşkilatının üzvlərini qəbul edib.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Birləşmiş Millətlər təşkilatının üzvlərini qəbul edib.

10/6/2014




İraq, bəşəriyyətin düşmənləri ilə qarşı-qarşıya qaldığı üçün dəstəklənməlidir. Birləşmiş Millətlər, terroru dəstəkləyən ölkələrə təzyiq göstərmək rolunu oynamalı və İraqdakı terroru dəstəkləyənləri məsuliyyətə cəlb etməlidir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü  Şeyx Əli Nəcəfi Birləşmiş millətlər təşkilatını təmsil edən nümayəndə heyətini qəbul edib. Şeyx Əli Nəcəfi dünya ictimaiyyətini terrorla mübarizə üçün bir olmağa səslədi. Terrorçular əmin amanlıq və insanlıq tanımadıqlarını bildirdi. Şeyx Əli Nəcəfi mərcəiyyətin İraq da hər bir diktatorluğu rədd etdiyini bildirdi. Qanunlara və İraq ictimaiyyətinə hörmət etməyin əhəmiyyətini bildirdi. Dünya ictimaiyyəti İraq xalqının iradəsinə və ortaya qoymaq istədikləri demokratiyaya hörmət etməlidirlər. Buna görə də dünya ictimaiyyəti İraqın bu gün üzləşdiyi terrorla mübarizədə İraqı dəstəkləməlidir. Şeyx Əli Nəcəfi Birləşmiş Millətlər təşkilatına göndərdiyi məktubdan da söz açdı. Bildirdi ki, bölgədə ki ölkələrin bir birinin süverenliyinə hörmət bəsləməsi və daxili işlərinə qarışmamasını istədi. Dövlətlər birliyi birlik olub xalqlara qarşı bir mövqe tutmasını və Birləşmiş Millət təşkilatı bu işdə öz rolunu ortaya qoyaraq terroru dəstəkləyən  dövlətlərə qarşı onlardan hesabat tələb etməli, onları məsuliyyətə cəlb etməlidir. Nümayəndə heyət öz növbəsində görüş üçün vaxt ayırdıqlarına görə öz təşəkkürlərini bildirdi.