Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İslam vəhdəti konfransı şurasının baş katibini qəbul edərkən: İslam düşmənləri İslam ümmətininin əlində olan sərvəti ələ keçirmək üçün onları bölməyi və aralarında təfriqə salmağı planlaşdırır.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İslam vəhdəti konfransı şurasının baş katibini qəbul edərkən: İslam düşmənləri İslam ümmətininin əlində olan sərvəti ələ keçirmək üçün onları bölməyi və aralarında təfriqə salmağı planlaşdırır.

5/4/2021




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Beynəlxalq İslam Məzhəblərini Gücləndirmə Şurasının baş katibi Dr Hamid Şəhriyarini və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. (يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعاً وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَاناً وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ ) Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün. Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən ) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət ) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız. (قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي ) Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə ) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum. Bu ayələri zikr edərək Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) öz tövsiyə və nəsihətlərini verdi. İslam düşmənləri İslam ümmətininin əlində olan sərvəti ələ keçirmək üçün onları bölməyi və aralarında təfriqə salmağı planlaşdırır. Ümmətin bu barədə diqqətli olmalı və islam və insanlıq ilə düşmən olanlara qarşı əl-ələ verib mübarizə aparmalıdır. Öz növbəsində konfrans heyəti öz gördüyü işləri Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun ) təqdim ediblər. Covid-19 səbəbindən electron formada baş tutan konfransa yüzlərlə dini şəxsiyyətlər iştirak etdiyini bildirdilər. Heyət görüş üçün vaxt ayırdığına görə hörmətli Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz təşəkkürlərini bildirdilər.