Şeyx Əli Nəcəfi, Əgər mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) axır mövqeyi kimlərinsə xoşuna gəlmirsə, Şeyxin şəxsi və ofisi yerindədir. 19/5/2014 |
Şeyx Əli Nəcəfi axır
günlərdə Nəcəf də pakistanlı tələbələrə qarşı olunan zorakılıq barədə media
nümayəndələri ilə görüş zamanı bildirdi
ki, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) seçkilər barədə olan mövqeyi bəzi siyasətçilərin xoşuna gəlməyib. Onlar bu
addımı atıblar. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) şəxsi və ofisi öz yerindədir. Kimin
etirazı varsa hövzə tələbələrinə qarşı kobudluq onları həbs etmək kimi addımlar
atmamışdan öncə Şeyxin ofisinə gəlsin. İraq hökümətinin Nəcəf şəhərində hövzə tələbələrinə
qarşı təəssüf edici rəftarı bəəs partiyasının cinayətlərini xatırladır. Polis
gücləri və təhlükəsizlik qüvvələri Nəcəfdə təhsil alan Pakistanlı tələbələri
oturum izni olmadıqlarına görə həbs və deport elətdirmişdir. Biz onlara deyirik, bu
vaxta qədər harada idiniz? Bu gün oturum iznlərinin yoxlanılması yadınıza
düşdü? Bu təəsüf edici hadisənin
baş verməsindən sonra hövzə elmiyyə, 1 günlük dərslərini
tətil etmişdir. Hövzə elmiyyə və dini müəssisələr və İraqın xaricində olan müəssisələr
bu hadisəyə öz etiraz bəyanatlarını vermişdir.
|